Goranboy rayonunda məktəbdə bıçaqlanma hadisəsi olub.

Hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb.

Məktəblilər arasında olan mübahisə bıçaqlanma ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A.Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R.Musayevin törətməsi məlum olub.

İstinadlar Report