
Goranboyda müşahidə olunan güclü külək irigövdəli ağaclardan birini aşırıb.
Külək səbəbindən Goranboy-Qızılhacılı yolunun kənarında yerləşən və 70-ə yaxın yaşı olan “Qovar” ağacını kökündən çıxarıb.
Nəticədə ağac rabitə xəttinin üzərinə düşüb, telekommunikasiya təsərrüfatına ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.