Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Goran-Borsunlu yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisənin baş vermə səbəbləri və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

İstinadlar Report