Goranboy rayonu Safıkürd kəndində minik avtomobili aşıb, sürücü və sərnişini xəsarət alıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Goranboy rayon sakinləri, 1984-cü il təvəllüdlü Ruslan Göyüş oğlu Cənnətov və 1988-ci il təvəllüdlü Elnur Çingiz oğlu Mamedov xəsarət alıblar.
Hər ikisi xəstəxanaya çatdırılıb, vəziyyətləri qənaətbəxş və kafi qiymətləndirilir.