Goranboy rayonunun Yeni Yol kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Seyidov Əhməd Muxtar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

İstinadlar Report