Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

Qəza nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.