Tarix:07/04/21 “Google” şirkəti smartfon istifadəçilərini davamlı izləməkdə ittiham edilib

Avstriyalı aktivist, “None of Your Business” (NOYB) qeyri-kommersiya təşkilatına rəhbəri Maks Şrems “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfon istifadəçilərinin davamlı olaraq izləməsindən şübhə etdiyinə görə ABŞ-ın “Google” şirkətinə qarşı iddia qaldırıb. Bu haqda “Financial Times” qəzeti məlumat verib.

Iddiada “Android” sistemi ilə işləyən telefonlar strukturuna görə “Apple”ın reklam identifikatorlarına oxşar fərdi reklam kodları generasiya etdiyi deyilir. Aktivistin məlumatına görə, bu, “Google” və üçüncü şəxslərə istifadəçilərin internetdəki fəaliyyətini izləməyə imkan verir.

Fərdi kodlar reklamın istifadəçilərə görə daha yaxşı uyğunlaşdırılması məqsədilə generasiya edilib. Şrems öz iddiasını Fransanın məxfi məlumatların mühafizəsi üzrə tənzimləyici qurumuna ünvanlayıb. O, “Google” şirkətinin istifadəçiləri onların razılığı olmadan izlədiyi və Avropa Birliyinin qanunlarını pozduğu fikrindədir.

Emil Hüseynov

Baxış sayı: 2

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır


İstinadlar ict news