“Google” şirkəti 2016-cı ildə təqdim edilmiş “Allo” adlı “ağıllı” messencerin fəaliyyətini 2019-cu ilin martında dayandıracaq.

Internet şirkəti “Allo” messencerinin əvəzinə, “Android Messages” layihəsi üzərində işləyəcək. “Allo” messencerindən mesajların surətlərini yükləmək üçün təlimat “Google”un saytında yerləşdirilib.

“Google Allo” – “Hangouts” xidməti üçün əvəzetmə deyil, daha çox “Facebook Messenger”ə oxşar müstəqil proqramdır. Bu messencerdə avtorizasiya mobil telefonun nömrəsi əsasında həyata keçirilir.

İstinadlar ict news