“Google” servislərinə malik ilk “Honor” smartfonu “V40” modeli olacaq.

Blogerlərin məlumatına görə, “Honor V40” (Avropada V40 View adlanacaq) şirkətin ABŞ sanksiyaları aradan qaldırıldıqdan sonra ilk smartfonu olacaq. Qurğu “Google” servis və proqramlar paketi ilə təchiz ediləcək. Jurnalistlərin fikrincə, smartfonun buraxılışının dekabrdan yanvara keçirilməsi məhz bu faktla əlaqədardır.

Bildirilir ki, smartfonun nümayişi yanvarın 22-də Çində keçiriləcək. Qlobal təqdimatı bir müddət sonra baş tutacaq qurğunun Avropada yazda satışa çıxarılacağı gözlənilir.

“Honor V40” smartfonu 120 giqahers yeniləmə tezlikli 6,72 düym diaqonallı “AMOLED” ekran, “MediaTek Dimensity 1000 ” prosessoru ilə təchiz olunacaq. Smartfonun arxa panelinə 50 meqapikselli əsas obyektivə malik üçlü əsas kamera, ön panelinə isə 32 və 16 meqapikselli qoşa ön kamera quraşdırılacaq.

Nizam Nuriyev

İstinadlar ict news