
ABŞ-nin “Google” korporasiyası 1 milyon Polşa vətəndaşına süni intellektlə (AI) işləməyi öyrədəcək.
Bu barədə Polşanın Baş naziri Donald Tusk “Google”un baş icraçı direktoru Sundar Piçay ilə görüşdən sonra bildirib.
“Google” layihənin həyata keçirilməsinə başlayacaq və 1 milyon Polşa vətəndaşına müasir texnologiyalardan, o cümlədən süni intellektdən istifadəni öyrədəcək”, – Baş nazir mətbuat konfransında qeyd edib.
ABŞ korporasiyası bu məqsədlər üçün beş il ərzində 5 milyard dollar ayıracaq.