“Google” şirkəti “Google Play” proqramlar mağazasından istifadəçilərə zorla reklam təqdim edən təxminən 600 mobil tətbiqi silib. Ümumilikdə qaydanı pozan proqramlar 4,5 milyard dəfədən çox yüklənilib.

“Google”un maşın təliminə əsaslanan yeni sistemi qaydanı pozanları aşkar edib. “Vicdansız tərtibatçılar zəhlətökən reklam yaradaraq onları maskalamaq üzrə daha da peşəkarlaşıblar, amma biz belə reklamlardan qorunmaq üçün öz texnologiyamızı yaratmışıq” – “Google”un reklam trafikinin keyfiyyəti üzrə böyük menecer Per Byorke deyib.

Reklam “əlfəcinləri” olan proqram müəlliflərinin hesabları, həmçinin blok edilib. “Google” şirkəti reklamları üzə çıxan pəncərələrdə göstərilmə ehtimalı olan brendlərə kompensasiya ödəməyə söz verib.

Zərərli proqramların çox hissəsi Çin, Hindistan və Sinqapurdan olan tərtibatçılar tərəfindən hazırlanıb. Çinin “Cheetah Mobile” istehsalçısı dəfələrlə qaydanı pozub. “Google” onun 40-dan çox proqramını silib. Reklamlar, bir qayda olaraq, ingilisdilli istifadəçiləri hədəf almışdı.

Emil Hüseynov

İstinadlar ict news