“Google” şirkəti açıq mənbə koduna malik (“Apache 2.0” lisenziyası) “Logica” adlı yeni proqramlaşdırma dili təqdim edib. Yeni proqramlaşdırma dilinin adı Məntiq (Logic) və Aqreqasiya (Agregation) sözlərindən götürülüb. O, bundan əvvəl “Google” tərəfindən hazırlanmış “Yedalog” dilinin varisidir və “Datalog”a oxşardır.

SQL-də kompilyasiya edilən yeni proqramlaşdırma dili “Google BigQuery”də istifadə üçün əlçatandır, bu halda o, SQL-də mövcud olmayan abstraksiya mexanizmlərini dəstəkləyir. İddia edilir ki, “Logica” dili istifadəçi sorğularını və başqa tapşırıqların yoxlanılmasını asanlaşdırır.

Faktiki olaraq “Logica” dili SQL-in imkanlarını genişləndirir, çünki ötən əsrin 70-ci illərində istifadəyə verilmiş dilin imkanları müasir standartlara tam cavab vermir. Daha dəqiq “Logica” dilində modulları daxil etmək və təkrarlanan məntiqi blokları təkrarən istifadə etmək olar.

Emil Hüseynov

İstinadlar ict news