Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin zabiti və Dövlət Gömrük Akademiyasının tələbəsinin yol qəzasında ölümü ilə bağlı cinayət işi başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 23-ü saat 14:30 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə hərəkətdə olarkən “Azərterminalkompleks” Birliyinin qarşısında qeydə alınıb.

Belə ki, Eyvazov Firdovsi Əliş oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobil piyada Əzizli Elvin Şahin oğlunu və Birliyinin Analitik Şöbəsində inspektor vəzifəsində işləyən, gömrük xidməti kiçik leytenantı Rəsulova Sevgi Arzu qızını vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

İstinadlar Report