Xəbər verdiyimiz kimi, Şəkidə yeniyetmə göldə çimərkən boğularaq ölüb.

“Qafqazinfo” bədbəxt hadisə nəticəsində ölən 2005-ci il təvəllüdlü Mehdi Əzizovun fotosunu əldə edib.

Yaxınlarının verdiyi məlumata görə, Mehdi “Keşiş Gölü” kimi tanınan gölə qonaq getdiyi bibisinin uşaqları ilə yollanıb. Yeniyetmə üzə bilmədiyi üçün suda boğulub.

Qeyd edək ki, hadisə Aydınbulaq kəndində qeydə alınıb.

 

İstinadlar Qafqazinfo