Müğənni Gökhan Özenin 6 illik həyat yoldaşı Selen Sevigendən boşanması təəccüblə qarşılanıb

Cütlüyün boşanmasının səbəbləri bəlli olmayıb. Onlar verdikləri ortaq açıqlamada şəxsi həyatlarını mediadan uzaq tutmaq istədiklərini deyiblər.
İki uşaqları olan cütlüyün qarşılıqlı razılaşma əsasında boşandıqları məlum olub. Gökhan iki uşağının himayədarlığını və birlikdə yaşadıqları evi Selenə verib. Onların boşanmadan qabaq evlərini ayırdıqları ortaya çıxıb.