“Global Management” MMC bu gün Bakı Ekspo Mərkəzində işə başlamış və 3 gün davam edəcək “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nin ziyarətçilərini öz geniş spektrli xidmətləri ilə tanış edir.

Şirkətin xidmətləri maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat zənciri, İT, hüquq, insan resursları, gömrük, keyfiyyət təminatı və keyfiyyətə nəzarət kimi sahələri əhatə edir.

“Global Management”in İdarə Heyətinin sədri Rövşən Nizamov sərginin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu tədbir yerli şirkətlərə tanınmaq, potensial müştərilərlə tanışlıq baxımından yaxşı imkanlar təklif edir: “Global Management” olaraq biz autsorsinq xidmətlərimizlə şirkətlər üçün rəqabətədavamlı biznes mühiti yaradaraq, daha çox məhsuldarlıq əldə etmələrini, eyni zamanda xərclərini optimalaşdırmalarını təklif edirik. “Global Management” hər kəsi bu sərgiyə və ən əsası stendinə dəvət edir”.

Şirkətin marketinq direktoru Laura Seyidbəyova isə deyib ki, sərgidə iştirak etməyimizdə məqsəd həm yerli şirkətləri daha yaxından tanımaq və onlarla biznes əlaqələri qurmaq, həm də onların bizneslərinə öz autsorsinq xidmətlərimiz vasitəsilə fayda verməkdir. Düşünürük ki, bu sərgi həm “Global Management” üçün, həm də digər yerli şirkətlər üçün qarşılıqlı əməkdaşlıq baxımından çox faydalıdır”.

İstinadlar Report