Naxçıvanda işləyən ginekoloq Aynur Rüstəmova dünyasını dəyişib.

Bu barədə ginekoloqun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Həkimin əslən Masallıdan olduğu və Naxçıvanda tibbi klinikalarla əməkdaşlıq əsasında işlədiyi bildirilir.

Saytımızın əldə etdiyi məlumata görə 40 yaşında vəfat edən xanımın ürəyində problem var imiş və elə ürəktutmadan da dünyasını dəyişib..

A.Rüstəmova iki övlad anası idi. Allah rəhmət eləsin…