Sağ mərkəzçi “KREO Hərəkatı”nı təmsil edən Gilyermo Lasso Ekvadorda keçirilən prezident seçkilərinin ikinci turunda 52,36% səs yığdı və yeni dövlət başçısı olacaq.

Bu barədə şənbə günü seçi bülletenlərinin 100%-nin hesablanmasının nəticəsinə əsasən respublikanın Milli Seçki Şurasından bildiriblər.

Şuranın məlumatlarına görə, Lassoya 4 656 426 seçici səs verib. Onun sol mərkəçsi “Ümid naminə İttifaq” koalisiyasını təmsil edən rəqibi Andres Arausu 4 236 515 seçici (47,64%) dəstəkləyib.