“Microsoft” şirkətinin yaradıcısı Bill Geyts amerikalı iş adamı İlon Maskın etdiyi kimi Marsa uçuş layihəsinin inkişafına indi sərmayə qoymağı məqsədəuyğun hesab etmir.

Bu barədə amerikalı milyarder BBC-yə danışıb.

O qeyd edib ki, Yer kürəsində prioritet diqqət tələb edən həll olunmamış problemlər var və Marsa uçmaq yetərincə baha başa gəlir:

“Siz [bu pulla] qızılcaya qarşı peyvənd alıb həyatlar xilas edə bilərsiniz”, – B. Geyts vurğulayıb.

Eyni zamanda, o, Maskın bir gün “böyük xeyriyyəçi” olacağını bildirib.

İstinadlar Report