Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun qızı Zəhra Poluxovanın hazırladığı geyimi Türkiyənin məşhur müğənnisi Gülinler Aka geyinib.

Bu barədə səfir öz feysbuk səhifəsində paylaşım edib.

O qeyd edib ki, qızı Zəhra bir neçə həftə öncə İstanbulda “International Fashion Academy – Paris” Universitetini bitirərək bakalavr dərəcəsini alıb. Onun dizayn etdiyi geyim seçilərək səhnədə nümayiş etdirilib.

Xatırladaq ki, E. Poluxov 2009-2011-ci illərdə Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri olub. Daha sonra Braziliya, Ekvador, Mozambik və digər ölkələrdə səfir kimi fəaliyyət göstərib.




İstinadlar Qafqazinfo