“Rusiya nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına imkan verməyəcək, İkinci Dünya Müharibəsi ilə bağlı həqiqətə böhtan atmaq cəhdlərini qəbul etməyəcək”.

Bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiyanın BMT yanında daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib.

“Biz azad edən əsgərlərin xatirəsinə ucaldılan abidələrin təhqir olunmasına, nasizmin qəhramanlaşdırılmasına və neonasizmin yayılmasına yol verməyəcəyik. Bu cür hərəkətlər beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradır”, – deyə, o əlavə edib.

Onun sözlərinə görə, Moskva Holokost qurbanlarının, nasist Almaniyası və onun əlbirlərinin digər cinayətləri haqqında həqiqətlərin üzə çıxarılmasını prinsipial vacib hesab edir. Qeyd edək ki, hazırda Ermənistan nasizmin qəhrəmanlaşdırıır. Belə ki, ölkədə 22 faşist abidəsi mövcuddur və onların hamısı Qaregin Njdeyə həsr edilib. Nasist Almaniyası ilə əməkdaşlıq etmiş Q.Njde və Drastamat Kanayan bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılıb, onlara həsr olunmuş memorial abidələr, heykəllər küçələr və meydanlar mövcuddur. Njde hələ 1934-cü ildə alman faşistləri ilə təmas yaratmaq üçün Hitlerə müraciət etmişdi. İkinci Dünya müharibəsi başlayandan sonra Njdenin və digər erməni generalının – Dro ləqəbli Drastamat Kanayanın faşistlərlə əməkdaşlığı sıxlaşır. Onların rəhbərlik etdikləri erməni legionu alman faşistlərinin işğal etdikləri ərazilərdə törədilən qırğınlarda fəal iştirak edib.

İstinadlar Report