Nigerin hakim Vətəni Müdafiə Milli Şurasının (CNSP) rəhbəri general Abdurahman Tçiani Burkina Faso və Mali ilə birgə vahid valyutanın yaradılmasının mümkün olduğunu bildirib.

Bu barədə o, milli televiziya kanalına müsahibəsindən deyib.

“Valyuta suverenliyin rəmzidir. Niger, Burkina Faso, Mali suverenliyin tam bərpası prosesində iştirak edir. Artıq ölkələrimiz Fransanın “sağmal inəyi” olmaq istəmir”, – o vurğulayıb.

General vahid valyutanın mümkün tətbiqi ilə bağlı ətraflı məlumat verməyib.

İstinadlar Report