
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının komandiri, general-mayor Səhlab Bağırov vəzifəsindən azad olunub.
Artıq generalın yeni vəzifəsi müəyyənləşib. Belə ki, Səhlab Bağırov DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.
Məlumat üçün bildirək ki, sözügedən qurum DİN sistemində yeni yaradılıb.
Artıq S.Bağırov vəzifəsinin icrasına başlayıb.