
Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olan ölkələr Rusiya ilə müharibə vəziyyətində olduqlarına inanmır, hadisələrin belə inkişafını istəmir.
Bunu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin komandanı, general Kristofer Kavoli deyib.
General bildirib ki, NATO müdafiə ittifaqı olduğu üçün onun məqsədi belə bir müharibənin qarşısını almaqdır.
“NATO ölkələri bizim Rusiya ilə müharibə etdiyimizə inanmırlar. Və biz bunu istəmirik”.
Komandan hesab edir ki, NATO ölkələri Ukraynaya məhz çəkindirmə tədbirlərini həyata keçirmək üçün dəstək verir.