“İndiyə qədər Sarıbaba yüksəkliyində qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılan 1300-dən çox mina aşkarlanıb”.

Bunu Azərbaycan Ordusunun general-mayoru Münasib Babayev Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini məlumatlandırarkən deyib.

“Hazırda Sarıbaba yüksəkliyindəyik. Burada düşmən tərəfindən basdırılmış minalar var. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və bu ölkənin silahlı qüvvələrinə aiddir. Burada 350-dən artıq mina var”, – o bildirib.

İstinadlar Report