Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerinə gəlib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

İstinadlar Qafqazinfo