Fevralın 2-də Şəki Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda toplantı keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, gənc partiya fəalları, hərbiçilər, tələbələr iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gənclərlə iş sahəsində böyük uğurlar əldə olunub. Dövlətin gənclər siyasəti bu gün Ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsindədir. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensialının aşkar edilməsi üçün münbit şərait yaradılıb.

İcra başçısı bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gəncliyin formalaşdığını vurğulayıb, gəncləri 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib.





İstinadlar Qafqazinfo