Prezident İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Hüseynov Seymur Elşad oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu  – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Seyidov Mirhəsən Mirheydər oğlu -“İrəli” İctimai Birliyinin sədri

Hümbətov İlham Gürşad oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.

Oxumağa dəyər:   Hasar üstündə dava düşdü - 27 yaşlı oğlan baltalandı

Sərəncama əsasən “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 mart tarixli 2710 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 400) 1-ci hissəsi ləğv edilib.