Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar vəzifəsinə Həsənzadə Elvin Kamran oğlu təyin edilib.

Qeyd edək ki, E.Həsənzadə bu təyinatadək Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar vəzifəsində çalışıb.

İstinadlar Qafqazinfo