Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı sərnişin daşıyan avtomaşınla “Ford” markalı avtomaşın toqquşub. Nəticədə 20 nəfər xəsarət alıb.

Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu, Həsənov Qalib Cavanşir oğlu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların digər hissəsi Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların adları hələ ki, müəyyənləşməyib.

Mikroavtobusda olan sərnişinlər Gəncəyə “N” saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.

Fakt araşdırılır.

İstinadlar Qafqazinfo