Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını 1960-cı il təvəllüdlü Gülmüzər Nəcəfovanı vurub.

64 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün səylərinə baxmayaraq G.Nəcəfova xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

İstinadlar Qafqazinfo