
Gəncədə avtomobil iki piyadanı vurub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2 piyada “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Piyadalar ağır halda xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.