Gəncədə iki avtomobil toqquşub.
 
“KAMaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan üç nəfər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralananlar şəhər sakinləri- 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir.
 
Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
 
Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo