Gəncədə xeyir-şər evində partlayış baş verib.

Partlayış Məhsəti qəsəbəsindəki yaşayış binalarından birində sakinlərin ümumi istifadəsində olan obyektdə qeydə alınıb.

Hadisə zamanı qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova xəsarət alıb. O, bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov hadisə ilə bağlı açıqlama verib:

“Yas mərasimi zamanı aşpaz xanım qaz sobasını yandıran zaman, qazı çox açıb və yandırmağa ləngidiyindən ani alovlanma baş verib. Nəticədə G.Ələkbərova əl və üz nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda xəstəxanada olan G.Ələkbərovanın vəziyyəti normaldır”.

Amin Nəzərli

İstinadlar Qafqazinfo