İyunun 12-də Gəncədə Heydər Əliyev prospektində yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildə baş vermiş yanğın nəticəsində xəsarət alan üç nəfərdən ikisi həyatını itirib.

59 yaşlı Ruzigar Rzayev və 40 yaşlı Mirmehdi Cabbarov Bakıda müalicə aldıqları xəstəxanada vəfat ediblər. 

Digər xəsarət alan 55 yaşlı İradə Rzayevanın vəziyyətinin orta ağır olduğu bildirilir. 

Elmar Əli

İstinadlar Qafqazinfo