
Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Gəncə şəhər Prokurorluğundan verilən xəbərə görə, cari il yanvarın 25-də Gəncə şəhər sakini 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaqla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun tanışı Vasif Həsənov ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu yaxın qohumlarının gözləri qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Yaqub Həsənova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.