Gəncədə istehlakçıları xeyli miqarda aldatma faktına görə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilir ki, Gəncə şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs Arif Novruzovun tanışı Arzu Babayevlə birgə əldə etdiyi keyfiyyətli standartlarına uyğun olmayan alkoqollu içkilərin, kofe məhsulunun, habelə etiket məlumatlarını dəyişərək digər xarici ölkəyə məxsus istehsalçıya aid etiket məlumatlarını yapışdırdıqları kimyəvi yuyucu məhlulun qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə, bununla da istehlakçıları aldatmalarına əsaslı şübhələr müəyyən edilib.