Gəncədə qanunsuz tikili sökülüb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə qanunsuz tikilini söküb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Almaz Aşırov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib:
“Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb”.
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
“Report” icmalı təqdim edir:
Qaz xətlərinə niyə hava vurulur? – Video
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xətlərinin istismarı zamanı yaranmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı mütəmadi olaraq qaz xətləri hava təzyiqi altında kipliyə və möhkəmliyə qarşı yoxlanılır.
Bu qurumdan bildirilib.
Məlumata görə, adətən payız-qış mövsümündə qaz təzyiqi təlabata uyğun olaraq artırılan zaman Birliyin Regional qaz istismarı İdarələrinin apardığı ən vacib tədbirlərdən biri qaz xətlərinin kipliyə və möhkəmliyə qarşı yoxlanılmasıdır:
“Bəzən fərdi evlərdə istilik sisteminin çəkilişi zamanı vətəndaş ehtiyatsızlığı nəticəsində su xətti qaz xəttinə qoşulur. Eyni zamanda müəyyən qazıntı işləri zamanı qaz xətləri zədələnir, nəticədə həmin borulara qrunt və yağış suları dolur. Qaz xəttinə daxil olan su kütləsi qaz təchizatında böyük problemlərə gətirib çıxarır. Belə olduqda “Azəriqaz” İB-nin əməkdaşları qaz təchizatını müvəqqəti dayandıraraq kompressorlar vasitəsilə kəmərlərə müəyyən atmosfer gücündə yüksək təzyiqli hava vurur. Bu, alternativi olmayan standart prosedurdur. Təəssüflər olsun ki, bu hal bəzi sosial şəbəkə istifadəçiləri üçün manipulyasiya mənbəyi kimi istifadə olunur. Bəziləri hesab edir ki, qaz xətlərinə hava vurulması artıq sərfiyyata hesablanır”.
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama – Video
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə yeni layihə hazırlanıb.
Bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, ərazidə yol infrastrukturu, küçə-yol şəbəkəsi və nəqliyyat axını təhlil edilib:
“Həmin kəsişmə üçün ən optimal həll üsulu kimi turbo tipli dairənin inşası nəzərdə tutulub. Təklif layihəsi Nəqliyyatı Əlaqələndirmə Şurasında müvafiq qaydada təsdiq edilib. Təklif edilən turbo tipli dairə ölkəmiz üçün nizamlanmayan mürəkkəb yol kəsişmələrində yeni bir yanaşma, müasir həll yolu hesab edilir.
Hazırda dairənin standartlara uyğun olmaması burada bir sıra nəqliyyat problemlərinə səbəb olur. Belə ki, dairənin giriş-çıxış saylarının 2 və ya 3 hərəkət zolağından ibarət olmasına baxmayaraq, dairənin daxilində bu, 6, 7 bəzi hallarda isə 8 zolaqdan ibarətdir. Bu da dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək olacaq. Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səki sahələri və eynisəviyyəli piyada keçidləri təşkil ediləcək”.
Qeyd olunub ki, layihə həyata keçirildikdən sonra:
– münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;
– dairənin buraxılış qabiliyyəti artırılacaq;
– hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;
– piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.
Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması, zəruri olan yol nişanları və nişanlanma xətlərinin təşkili də nəzərdə tutulub.
Bildirilib ki, bu tip dairələr nəqliyyat sahəsində inkişaf etmiş bir çox Avropa ölkələrində, xüsusilə Almaniya, Norveç, Niderland kimi ölkələrdə də geniş istifadə olunur.
Layihə simulyasiyasını təqdim edirik:
“Kontakt”ın Zəfər Günü videoçarxı ölkəxaricindən mükafat qazandı – Video-Foto
“Kontakt”ın Zəfər Gününə özəl hazırladığı videoçarx Türkiyənin məşhur “Felis Ödülleri” müsabiqəsində qalib olub.
Qardaş ölkə Türkiyənin ən prestijli reklam müsabiqələrindən olan “Felis”də yüzlərlə yaradıcı iş arasında “Kontakt”ın “Şanlı Zəfər Günümüz mübarək, Azərbaycan!” adlı unikal videoçarxı rəqibləri kölgədə qoyaraq Korporativ Sosial Məsuliyyət və Korporativ İmic kateqoriyalarında yüksək mükafata layiq görülüb. Hər kadrı ilə Zəfər Gününün dəyərini göstərən layihə, zəfər ruhunu ölkəmizlə yanaşı, ölkəxarici auditoriyada da hiss etdirə bilib.
Artıq 19 ildir ki, reklam və marketinq sənayesində yaradıcı işləri qiymətləndirən “Felis” müsabiqəsi bu il ikinci dəfə Azərbaycanın iştirakı ilə keçirilirdi. Mükafatlandırma mərasimi isə sözün əsl mənasında təsadüfi deyil ki, Zəfər Günü ilə eyni tarixdə – noyabrın 8-i, Türkiyədə – Haliç Konqres Mərkəzində baş tutub.
Zəfərin mənəvi dəyərini təsdiqləyən bu layihənin uğuru ilə “Kontakt” bir daha öz sosial məsuliyyətini ən yüksək səviyyədə yerinə yetirdiyini sübut etdi.
Qeyd edək ki, şəbəkə “Kontakt sevindirir” şüarı ilə Azərbaycanda pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirməyə davam edir.
Qəlbətoxunan süjet xətti ilə dillər əzbəri “Qarabağ” mahnısının yer aldığı videonu buradan izləyə bilərsiniz:
Xanəndə vəfat etdi – VİDEO
Mingəçevir şəhərində yaşayan tanınmış xanəndə Ramiz Bəşirov vəfat edib.
Muğam ifaçısı xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Ağdam musiqi məktəbinin yetirməsi olan R.Bəşirov 30 ildən artıq idi, Mingəçevirdə yaşayırdı. O, Mingəçevirdə və ətraf rayonlarda el sənətkarı kimi tanınıb.
Artıq onlayn nikaha girə biləcəksiniz – Video
Vətəndaşlar artıq “mygov” tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər.
Nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçməsi şərtdir.
Müayinədən 14 gün sonra qan analizinin nəticələri avtomatik olaraq “mygov” platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar.
Daha sonra tətbiqdə “Həyat hadisələri” bölməsində yer alan “Ailə qurmaq” seçimini və ya “Xidmətlər” bölməsindən “Nikahın qeydiyyata alınması” xidmətini seçir.
Bununla da sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açır.
Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək, nikah qeydiyyatı üçün müraciətini davam etdirir. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçirsiniz, məlumatlarınızı təsdiqləyirsiniz.
30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status “Tamamlanıb” olaraq göründüyü zaman 10 AZN məbləğində dövlət rüsumunu ödəməlisiniz. Şəhadətnaməniz hazır olduqda seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz.
Ətraflı “Baku TV”nin süjetində:
Əgər müqayisə olunarsa, artıq “Bugatti” deyil! – Fotolar – VİDEO
“Bugatti Mistral” 453.91 km/saat sürətlə yeni dünya rekorduna imza atıb.
“Bugatti” bir daha sübut etdi ki, avtomobil dünyasında mümkün olmayan yoxdur!
W16 Mistral, inanılmaz 453.91 km/saat sürəti ilə açıq tavanlı avtomobillər kateqoriyasında yeni dünya rekordu müəyyənləşdirərək tarixə düşdü.
VEYRON-dan başlayan və CHIRON ilə zirvəyə ucalan sürət irsi, indi W16 Mistral ilə tamamilə yeni bir səviyyəyə çatdı. Bu, təkcə bir rekord deyil, həm də texnologiya və mühəndislik bacarığının zirvəsidir.
“Bugatti Mistral” avtomobilinin qiyməti 5 million avrodan başlayır.
“Bugatti” brendinin Azərbaycan və Gürcüstandakı rəsmi dileri “Nazar Holdings” şirkətidir. “Nazar Holdings” şirkəti Cənubi Qafqazda müxtəlif super-lüks idman avtomobilləri brendlərini təmsil edir.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: 012 424 77 77.
Əlavə məlumat üçün https://www.partner.bugatti.com/baku/ saytına daxil olun.
İndi də saxta dəvətnamə yollayırlar – Yeni dələduzluq növü – VİDEO
Kibercinayətkarların vətəndaşlara toy dəvətnamələri göndərərək dələduzluq etdikləri barədə məlumatlar yayılıb.
Son günlər vatsap mesajlaşma tətbiqi vasitəsilə vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi “toy dəvətnaməsi” kimi göndərilir.
Həmin faylı yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallarda diqqətli olmağa çağırıb.
Daha ətraflı “Xəzər Xəbərin” videomaterialında:
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır – Video
Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində geniş ictimai rezonansa səbəb olan yol qəzası baş verib.
Noyabrın 14-də şəhər küçələrindən birində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qarşıdan gələn zolağa çıxan “Bentley” markalı avtomobil sola dönmək üzrə olan “Hyundai Solaris” markalı avtomobillə toqquşub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobilə ciddi ziyan dəyib, sürücüsü isə ağır yaralanıb. “Bentley” daha sonra idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılıb və aşıb.
Məlum olub ki, “Bentley”i Yekaterinburqda bir neçə ticarət obyektinin sahibi, azərbaycanlı iş adamı Şamil İsayevin oğlu 22 yaşlı Emil İsayev idarə edib. Emil bloqçuluq fəaliyyəti ilə də məşğul olur. Qəza zamanı o, ağır bədən xəsarətləri alıb.
Bildirilir ki, gənc üç il əvvəl sürücülük vəsiqəsi alıb. Bu müddət ərzində o, dəfələrlə yol hərəkəti qaydalarını pozub.Onun adına 194 ödənilməmiş cərimə var.
Fövqəladə hadisədən üç gün sonra “Hyundai” sürücüsünün xəstəxanada ölməsi ilə bağlı internetdə məlumat yayılsa da, sonradan rəsmi mənbələr bunu təkzib edib.
Onlayn ictimai səhifələrdə Emilin idarə etdiyi “Bentley” markalı avtomobilin əvvəllər Sverdlovsk vilayətində tanınmış kriminal avtoritet Marsel Qasanova məxsus olduğu da bildirilir. Mənbələrin bildirdiyinə görə, Həsənov avtomobili azərbaycanlı iş adamlarından birinin borcunun ödənilməsi kimi alıb. Emilin bu cinayət başçısı ilə dostluq münasibəti saxladığı iddia edilir.
Qeyd olunur ki, Marsel Həsənov əvvəllər quldurluq cinayətinə görə məhkum olunub. Sverdlovsk vilayətində cəza çəkərkən o, kriminal avtoritet statusu alıb.
2016-cı ildə azadlığa çıxandan sonra Həsənov bəzi mənbələrə görə kriminal aləmdən olan insanları ətrafına toplamağa başlayıb. 2019-cu ildən mütəmadi olaraq hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.
2022-ci ildə Yekaterinburqda “toplantı” zamanı Həsənov döyülüb. 2023-cü ildə polis onu saxlasa da, tezliklə buraxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbsi “müntəzəm qabaqlayıcı əməliyyat tədbiri” adlandırıblar.
Gürcüstanda MSK sədrinin üzünə qara boya atdılar – Video
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin üzünə qara rəngli boya atılıb.
Müxalifət nümayəndəsi David Kirtadze komissiyanın oturduğu masaya yaxınlaşaraq sədrin üzünə boya atıb.
Bundan sonra Kirtadze zalı tərk edib və MSK-nın iclası müvəqqəti olaraq dayandırılıb.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib.Hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səs toplayıb. Dörd müxalifət partiyası da cəmi 37,78% səs toplayaraq parlamentə daxil olub. Müxalifət seçkinin nəticələri ilə razılaşmayaraq etiraz aksiyalarına başlayıb.
“Təhlükəlidir, bina hər an uça bilər” – Video
Bakının Yasamal rayonunda yerləşən 5 mərtəbəli yataqxana uzun müddətdir ki, qəzalı vəziyyətdədir.
Zahid Xəlilov 54 ünvanında yerləşən bu binada 95 ailə yaşayır. İstismar müddətini bitirmiş bu yataqxanada yaşayan sakinlər binanın təhlükəli vəziyyətdə olduğunu bildirir, şəraitsizliyindən gileylənirlər.
60-dan çox yaşı olan binanın tavan hissəsindəki beton parçalar qopub tökülür, sanitar qovşaqları istifadəyə yaramır, elektrik naqilləri də təhlükə saçır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda paytaxtda 1100 qəzalı bina var: “Sözügedən binaların inventarisasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı artıq komissiya fəaliyyətə başlayıb. Binaların bir çoxu da mərhələli şəkildə sökülür”.
Qəzalı vəziyyətdə olan həmin binadan hazırlanan süjeti təqdim edirik:
Parlamentdəki rəqsləri dünya gündəmi oldu – Video
Yeni Zelandiyada deputatlar Haka xalqlarının tarixi ritualını rəqs edərək qanun layihəsinin əleyhinə çıxış ediblər.
“Te Pati Maori” partiyasının nümayəndələrinin icra etdiyi rəqs səbəbindən parlamentin işi müvəqqəti dayanıb.
Bildirilib ki, partiya nümayəndələri bununla 1840-cı ildə Britaniya müstəmləkəçiləri və Maori başçıları arasında imzalanan Vaytanti razılaşmasının yenidən baxılmasını nəzərdə tutan qanun layihəsinə etiraz ediblər.
Bu razılaşma isə qeyd olunan iki tərəf arasında birgə idarəetmənin şərtlərini müəyyən edirdi. Zamanla məhkəmələrin və xüsusi tribunalın qərarları maorilərin hüquq və imtiyazlarını genişləndirməyə başlayıb. Yeni Zelandiyanın bir çox sakini isə bunu yerli olmayan vətəndaşlara qarşı ayrı-seçkilik kimi qəbul edib.
Deputatların rəqsi sosial şəbəkələrdə və dünya mediasında maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik:
“Haber Global” İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq forumunu işıqlandırıb – VİDEO
İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq forumu keçirilib.
Hər iki ölkədən millət vəkillərinin qatıldığı tədbir Azərbaycanın Dövlət Himninin və Türkiyənin “İstiqlal” marşının səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Türkiyə və Azərbaycanın yaxın münasibətləri nəzərdən keçirilib. Qeyd olunub ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir, forumun İstanbulda keçirilməsi sevindiricidir.
Azərbaycanın Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Qarabağ zəfərinin iki ölkə arasındakı dostluğu gücləndirdiyini bildirib. “Türk dünyasının iki parlayan ulduzu var – Türkiyə və Azərbaycan”.
Forumda COP29-a ev sahibliyi edən Azərbaycana dəstək mesajı verilib.
İti xilas etmək istəyərkən su quyusuna düşdü – Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü İsmayılov Vaqif Emin oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 30 metr olan su quyusuna düşən iti xilas etmək istəyərkən özü də quyuya düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə V.İsmayılovu və iti quyudan çıxararaq xilas ediblər.
“HaberGlobal”: Azərbaycan Prezidentinin Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi – VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən COP29-un Zirvə Toplantısında Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi.
Bu fikirlər Türkiyənin “HaberGlobal” telekanalının yayımladığı süjetdə yer alıb.
Süjetdə qeyd olunub ki, İlham Əliyev kiçik ada dövlətlərinin yerləşdiyi ərazilərdə həyata keçirilən nüvə sınaqları və müxtəlif tədbirlərlə əlaqədar ətraf mühitin çirklənməsinə görə hər iki ölkənin məsuliyyət daşıdığını bildirmişdi.
“Avropa İttifaqı Komissiyasının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell isə İlham Əliyevin sözlərinə qulaq tıxayaraq ABŞ-nin iqlim dəyişikliyi ilə mübarizədə ən böyük maliyyəçi olduğunu dedi. O, “Fransa və Niderlandın yanındayıq” açıqlamasını verdi”, – “HaberGlobal”ın efirində vurğulanıb.
Telesüjetdə C.Borrellin Azərbaycan liderinin çıxışına qərəzli münasibətinə cavab verən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirlərinə yer verilib.
Daha ətraflı videomaterialı təqdim edirik:
Pomidor turşusundan zəhərlənən qadın öldü – Video
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.
Hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-si Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib. Aparılan müalicə və müayinələrə baxmayaraq, o, dünən müalicə aldığı xəstəxanada vəfat edib.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, noyabrın 12-də turşudan zəhərlənən qadın ağır vəziyyətdə mərkəzə hospitalizasiya edilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, noyabrın 14-ü ölüm faktı qeydə alınıb.
Ətraflı sujetdə:
Həmçinin baxın
“Kontakt”ın Zəfər Günü videoçarxı ölkəxaricindən mükafat qazandı – Video-Foto
“Haber Global” İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq forumunu işıqlandırıb – VİDEO
“HaberGlobal”: Azərbaycan Prezidentinin Fransa və Niderlanda göstərdiyi təpki Brüsseldə əks-səda verdi – VİDEO
“Haber Global” Azərbaycan Prezidentinin ekoloji çirklənməyə görə Parisi tənqid etdiyi çıxışı işıqlandırıb – VİDEO
Şirvandakı “Cənub” Elektrik Stansiyasının bir bloku hidrogenlə çalışacaq – Video
İordaniya ‘Arsax’ haqda filmin “Oskar” mükafatına namizədliyini ləğv etdi – Video
Ramin Cəfərov: Şuşadakı Qlobal Media Forumu təcrübə mübadiləsi üçün uğurlu alternativ platformadır – VİDEO
Hərbi gəmilərin döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb – VİDEO
Bir qız uşağının gözü ilə… – Azərbaycanın yeni şəxsiyyət vəsiqələri! – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla