Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunadan “Report”un Qərb bürosuna verilən məlumata görə, tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Baş İdarə əməkdaşları tərəfindən qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

İstinadlar Report