Gəncədə Qafqaz İslam Ordusunun şəhidləri üçün ucaldılmış abidənin açılış mərasimi keçiriləcək.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında paylaşım edib.

“1918-ci il iyunun 11-də Gəncədə həlak olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyimizin təşəbbüsü ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb. Gəncədəki Baş konsulumuzla birlikdə açılışdan qabaq abidəyə baş çəkdik”, – paylaşımda deyilir.



İstinadlar Qafqazinfo