
Gəncədə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.