Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik maşını 1976-ci il təvəllüdlü Abdulayev İlkini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

İstinadlar Qafqazinfo