
Gəncədə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb.
Samux rayon sakini, 1969-cu il təvəllüdlü R.Hüseynov qaynaq işi görən zaman ehtiyatsızlıqdan baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirildiyindən Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.