
Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə zamanı- 1984-cü il A.Xəlilov və 2002-ci il E.Məhərrəmov müxtəlif bədən xəsarətləri alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib.