
Xəbər verdiyimiz kimi, bu gecə Göygöl rayonu ərazisində yerləşən “Arzu” mebel mağazasında güclü yanğın baş verib.
Araşdırmalar zamanı mağazanın qəsdən yandırılması müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla əlaqədar olaraq Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb.
Yanğını törətməkdə şübhəli bilinən şəxsin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, ötən gün baş verən yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000m² sahədə yanıb.
Amin Nəzərli