Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin “Kolxoz Bazarı” adlan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Priora” markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bazarın 2 mühafizəçisini vuraraq onlara xəsarət yetirib. Hadisə zamanı sürücü də xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar APA , Qafqazinfo