Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 20-24 yaşlarında olan Musa adlı gənci vurub. Yaralı xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan24 sosial şəbəkələrdə