Gəncədə özünü 7-ci mərtəbədən atan 2004-cü il təvəllüdlü Hüseynova Şəms xəstəxanada dünayasını dəyişib.

Hadisəyə səbəb imtahandan kəsilməsi olub.

9 iyun, saat 22:36

Gəncədə bədbəxt hadisə baş verib.

Məlumata görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

2004-cü il təvəllüdlü Hüseynova Şəms 9 mərtəbəli binanın 7 mərtəbəsindən yıxılıb.

Gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar APA