Gəncə şəhərində iki yeniyetmə itkin düşüb.

17 yaşlı Əliyev Kamil İlkin oğlu martın 9-da itkin düşüb.

Yaxınlarının sözlərinə görə, o, gecə saatlarında tanışı Nəzərov İbrahim Samiroviçin yaşadığı ünvandan Bakıya getmək adı ilə çıxıb və itkin düşüb.

Həmçinin martın 12-də 15 yaşlı Yaqubov Yəhya Əsgər oğlu Gəncədə yaşadığı evdən çıxıb, naməlum istiqamətdə gedərək itkin düşüb. 

Hər iki faktla bağlı Gəncə şəhər BPİ-nin 1-ci və 2-ci polis şöbələrində araşdırma aparılır.