
Gəncədə evdə qaz balonu partlayıb.
Hadisə nəticəsində Gəncə şəhər sakini, 65 yaşlı E.Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisənin ehtiyatsızlıqdan qeydə alındığı bildirilir.